Bəzi sosial şəbəkə hesablarında 7 oktyabrda Qəzzada baş verənlərlə əlaqədar Azərbaycanda bayraqların yarıya endirildiyi barədə paylaşımlar dezinformasiya xarakteri daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məqsəd Azərbaycanı Fələstin əleyhdarı kimi göstərmək, ictimai rəyi aldatmaq, Türkiyə–Azərbaycan münasibətlərinə xələl gətirmək və ölkənin nüfuzuna zərər vurmaqdır.
Qeyd olunub ki, bu cür əsassız iddialar Türk-İslam dünyasında həmrəyliyi zəiflətməyə, eyni zamanda, Fələstin xalqına qarşı davam edən soyqırımı kölgələməyə yönəlmiş planlı təbliğatın tərkib hissəsidir: “Rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlara inanılmaması və ictimaiyyətin yalnız etibarlı qurumların açıqlamalarına diqqət yetirməsi vacibdir”.