• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Rafiq Hüseynov dünya çempionu oldu

İDMAN

08 Oktyabr 2021 | 22:44 | Müəllif: Subhan Mahmudov

Rafiq Hüseynov dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 82 kq çəki dərəcəsindəki  33 yaşlı idmançımız Burhan Akbudakla (Türkiyə) üz-üzə gəlib.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı karyerasında ilk dəfə dünya çempionu olub.

O, qızıl medal qazandıqdan sonra qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.

Qeyd edək ki, R.Hüseynov 1/16 finalda Ranet Kaljola (Estoniya) 9:0, 1/8 finalda - Kalidin Asikayevə (Qırğızıstan) 11:1, 1/4 finalda Aleks Kessidis (İsveç) 7:6, yarımfinalda isə Adlan Akiyev (Rusiya) 2:1 hesabı ilə qalib gəlmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR