ABŞ-də keçirilən "Formula 1" üzrə Las Veqas Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes"də çıxış edən Corc Rassel göstərib.
"Ferrari" sürücüsü Karlos Sayns ikinci yeri tutub. İlk "3-lüy"ü "Alpin"dən Pyer Qasli tamamlayıb.
Qeyd edək ki, Las Veqas Qran-prisində əsas yarış noyabrın 24-də baş tutacaq.