• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ronaldonun dodaq uçuqladan SƏRVƏTİ

İDMAN

07 Fevral 2024 | 10:18

Ronaldonun dodaq uçuqladan SƏRVƏTİ

Portuqaliyalı futbolçu Kristiano Ronaldonun sərvəti məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Səudiyyə Ərəbistanının “Əl-Nəssr” komandasından illik 190 milyon avro maaş alan Ronaldonun ümumi sərvəti ilə bağlı iddia hər kəsi şoka salıb. 

Fransız mətbuatında yer alan xəbərə görə, geyim və ətir markalarının, fitnes mərkəzlərinin və otellərin sahibi olan Kristiano Ronaldonun ümumi sərvətinin 850 milyon avro olduğu təxmin edilir.

Qeyd edək ki, Ronaldo 2021-ci ildə dünyanın ən çox pul qazanan futbolçusu olduğu halda, “Forbes”ə görə, karyerasında 1 milyard dollar qazanan ilk futbolçu olub.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR