Bu ilin ktyabr ayında sentyabr ayı ilə müqayisədə Rusiyanın Yaponiyadan dərman idxalın həcmi 9 dəfə artaraq 10,17 milyon dollara çatıb.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya statistika agentliyi məlumat yayıb.
Məlumata əsasən, yapon dərmanlarının ümumi ixracı payızın ortalarında 425,7 milyon dollar təşkil edib. Ən böyük alıcı ABŞ olub ki, bu da ümumi həcmin 49%-ni təşkil edib. İlk üçlüyə Çin(19%) və Cənubi Koreya (5%) daxildir.
Rusiya yapon dərmanlarının idxalçıları arasında 8-ci yeri tutub.
Gülşən Şərif