Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması iddiaları ilə bağlı daha bir açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, bu mövzuda DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feybukda status yazıb.
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyyəti ilə çəkilib".
15:06
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".




jpg-1676638362.webp)


-bvjpg-1676637164.webp)






jpg-1676632407.webp)


