“Bəsdirin də, nə istəyirsiniz məndən? Azərbaycanda Şəbnəmdən başqa adam yoxdur?”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu deyib.
İzləyicilərin tənqidlərindən təngə gələn ifaçı göz yaşlarına hakim kəsilə bilməyib: “İcazə verin həyatımı yaşayım, qoyun övladlarımı böyüdüm, qoyun xoşbəxtliyimi yaşayım. Allah görür ee göydən. Sizin əlinizdən cana yığılmışam. Özünü açıb ortaya qoyanlardan heç nə demirsiniz, ancaq Şəbnəm, Şəbnəm, Şəbnəm…”
Müğənni göz yaşları içərisində həyat yoldaşı ilə bağlı yazılan xəbərlərə də münasibət bildirib: “Şəbnəmin həyat yoldaşı hər kimdir, nəçidir, kimdir, bundan sizə nə?! Bir balaca reytinq qazanacaqsız deyə bir xanımın həyatı ilə oynamağa haqqınız yoxdur”.
Ziyafət Əlisoy
















