Ermənistan və Azərbaycan arasındakı sovet dövründəki sərhədlərin tanınmasına alternativ yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, "Erməni Milli Konqresi" partiyasının lideri Levon Ter-Petrosyan deyib.
Onun sözlərinə görə, söhbət Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımamasından getmir. Beynəlxalq ictimaiyyət BMT-nin simasında keçmiş sovet respublikalarının müstəqilliyini tanıyıb.
"Burada heç bir şey dəyişdirilə bilməz. Ermənistanla Azərbaycan arasındakı sərhəd sovet sərhədidir", - Ter-Petrosyan əlavə edib.
O qeyd edib ki, dəqiq razılaşma imzalanana qədər sərhəddə insdentlər baş verəcək.(azvision.az)
















