• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

"Onlar "reket"dir..." - "Şərurlu İsfəndiyar" KİMLƏRDƏN DANIŞDI?

CƏMİYYƏT

09 Iyun 2026 | 13:42

Onlar reketdir... - Şərurlu İsfəndiyar KİMLƏRDƏN DANIŞDI?

Tanınmış iş adamı İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı səsləndirilən fikirlər və onun öz açıqlamaları ictimai müzakirələrə səbəb olur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Şərurlu İsfəndiyar tikinti sektorundakı fəaliyyəti barədə məlumat verərək, bir sıra sosial infrastruktur layihələrinin icrasını davam etdirdiklərini bildirib.

O qeyd edib ki, hazırda həyata keçirilən layihələr çərçivəsində iki məktəbin tikintisi onun şirkəti tərəfindən öhdəliyə götürülüb və bu istiqamətdə işlər artıq aktiv mərhələdədir. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin - uşaq bağçalarının tikintisinin də planlaşdırıldığını və mərhələli şəkildə reallaşdırılacağını bildirib.

İsfəndiyar Axundov vurğulayıb ki, həyata keçirilən bütün layihələr tam şəkildə icra olunacaq və öhdəliklər yerinə yetiriləcək. Onun sözlərinə görə, bu layihələr yalnız biznes fəaliyyəti deyil, eyni zamanda sosial məsuliyyət çərçivəsində ölkənin təhsil infrastrukturuna töhfə vermək məqsədi daşıyır.

Sahibkar onun fəaliyyəti ilə bağlı səsləndirilən mənfi fikirlərə də münasibət bildirib. Dediyinə görə, bu cür tənqidi və neqativ yanaşmaların bir qismi əsassızdır və bəzi hallarda “reketçilik” xarakteri daşıya bilər. Həmsöhbətimiz bildirib ki, belə yanaşmalar tikinti sektorunda görülən işlərə kölgə salmağa yönəlir.

İsfəndiyar Axundov əlavə edib ki, o, daim ölkədə sabitlik və əmin-amanlığın tərəfdarıdır və fəaliyyətini də məhz dövlət maraqları və qanunvericiliyə uyğun şəkildə qurmağa çalışır. O, dövlətin həyata keçirdiyi sosial və infrastruktur layihələrinə dəstək verməyə davam edəcəyini bildirib.

Murad İsmayıl

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026