• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Sivasspor” Azərbaycan klubu ilə qarşılaşa bilər

İDMAN

14 Iyul 2023 | 16:50

“Sivasspor” Azərbaycan klubu ilə qarşılaşa bilər

Türkiyə təmsilçisi “Sivasspor” iyulun 17-də Ərzurumda təlim-məşq toplanışına başlayacaq. 

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Sərvət Çətin açıqlama verib:

“Təxminən dörd yoxlama oyunu keçirməyi planlaşdırırıq. Artıq iki rəqibimiz bəllidi. Bunlar “Antalyaspor” və “Ümraniyespor”du. Bundan başqa, bir İran və bir Azərbaycan klubu ilə də oyunumuz ola bilər. Amma hələlik bu iki matçla bağlı məsələ dəqiq deyil. Danışıqlarımız davam edir”.

Qeyd edək ki, Azərbaycan klublarından yalnız “Səbail” iyulun 10-dan Ərzurumda təlim-məşq toplanışındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026