• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Şri-Lanka həbsxanasında iğtişaş: 25 ölü, 100-ə yaxın yaralı

DÜNYA

06 Iyul 2026 | 13:38

Şri-Lanka həbsxanasında iğtişaş: 25 ölü, 100-ə yaxın yaralı

Şri-Lankanın qərb hissəsində, Neqombo şəhərindəki cəzaçəkmə müəssisəsində qeydə alınan kütləvi iğtişaşda azı 25 insan həyatını itirib, 100-ə yaxın şəxs isə xəsarət alıb.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Şri-Lanka polisinin jurnalistlərə açıqlamasında bildirilib.

Rəsmi açıqlamaya əsasən, müəssisə daxilindəki iğtişaşlar bazar ertəsi səhər saatlarında cərəyan edib. İnsident hökumət qüvvələrinin məhkumlar arasında bazar günü yaranmış münaqişəni yatırmasından cəmi bir neçə saat sonraya təsadüf edib.

Həyatını itirənlər içərisində ən azı dörd həbsxana nəzarətçisi və dörd məhkumun olduğu təsdiqlənib. Hazırda digər həlak olan şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026