Tayvanda ötən gecə təlim uçuşu zamanı qəzaya uğrayan qırıcı təyyarənin pilotunun tapıldığı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyindən verilən açıqlamada Fransa istehsalı olan "Mirage 2000" tipli qırıcı təyyarənin qəzaya uğradığı bildirilib.
Hadisə nəticəsində idarəetmədə olan pilot qəza baş verən ərazidən 9 mil uzaqlıqda tapılıb.
Qeyd edilib ki, hazırda onun səhhəti qənaətbəxşdir.
Əli Hüseynov




jpg-1728623620.webp)











