• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təbrizli qadından dünya rekordu: 17 tonluq avtomobili dartdı

DÜNYA

22 Dekabr 2021 | 18:42 | Müəllif: Subhan Mahmudov

Təbrizli qadından dünya rekordu: 17 tonluq avtomobili dartdı

Təbrizdə Giti Musəvi adlı qadın 17 tonluq yük maşınını 30 metr məsafəyə dartaraq yeni rekorda imza atıb.

Bakıvaxtı.az Trend-ə istinadən bildirir ki, bu idman növü üzrə qadınlar arasında əvvəlki dünya rekordu 12 ton olub.

G.Musəvi bildirib ki, uzunmüddətli məşqlərdən sonra bu göstəriciyə nail olub:

"Mənim məqsədim onu göstərməkdir ki, insan hətta qadın olsa belə, iradəsi ilə hər bir işin öhdəsindən gələ bilər", - deyə idmançı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026