“Verilişə gedirik, aparıcı danışır, onu göstərirlər, biz danışırıq, onu göstərirlər, oxuyuruq, yenə də onu göstərirlər. O zaman biz niyə gəlmişik?”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Tarixin bir günü” verilişində deyib.
O, bəzi aparıcılardan gileylənib:
“Belədirsə, biz niyə gəlirik? Elə bizim səsimizi qoy, səni də göstərsinlər, bitsin də. Mən səhər tezdən oyanıram, hazırlaşıram, vaxtım gedir. Məni yox, səni göstərirlər. Ona görə də, daha o verilişlərə getmirəm”.
İzləyicilərsə, onun bu sözlərinin teleaparıcı Vüsalə Əlizadəyə ünvanlandığını iddia ediblər.
Ziyafət Əlisoy
















