• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Təxminən 4,3 milyon ukraynalı müvəqqəti qoruma altındadır

DÜNYA

09 Iyul 2024 | 17:52 | Müəllif: Gülşən Şərif

Təxminən 4,3 milyon ukraynalı müvəqqəti qoruma altındadır

Rusiya ilə müharibədən sonra təxminən 4,3 milyon ukraynalı Avropa İttifaqı ölkələrində müvəqqəti himayə altına alınıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bununla bağlı Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində müvəqqəti mühafizə statusu ilə yaşayan ukraynalılar haqqında məlumatları dərc edib. 

Məlumata görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində ukraynalılar əsasən Almaniyada  məskunlaşıblar. Hazırda Almaniyada 1 milyon 332 min, Polşada 953 min, Çexiyada 356 min, İtaliyada 165 min, Rumıniyada 158 min, Slovakiyada 121 min, Hollandiyada 113 min, İrlandiyada 106 min ukraynalı müvəqqəti qoruma altında yaşayır.  

Bu ukraynalıların təxminən 45,6 faizini yetkin qadınlar, 32,5 faizini uşaqlar, 21,9 faizini isə kişilər təşkil edir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR