• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Təyyarə mobil ev parkına çırpıldı: Ölənlər var

DÜNYA

02 Fevral 2024 | 11:25

Təyyarə mobil ev parkına çırpıldı: Ölənlər var

ABŞ-ın Florida ştatında tək mühərrikli təyyarə mobil ev parkına çırpılıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Federal Aviasiya İdarəsindən bildirilib. Verilən məlumata görə, hadisə dünən yerli vaxtla saat 19:00 radələrində qeydə alınıb. Belə ki, Beechcraft Bonanza V35 tipli tək mühərrikli təyyarə Clearwaterdəki mobil ev parkına çırpılıb.

Açıqlamada pilotun daha əvvəl nasazlığının olduğunu bildirdiyi təyyarənin qəzaya uğrayarkən bir evə çırpıldığı, baş verən yanğında ən azı 3 evin zərər gördüyü qeyd edilib.

Qəzada yaralanan və ölənlərin olduğu, ölənlərin dəqiq sayının hələlik açıqlanmadığı bildirilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026