"Türk xalqları hər zaman birgə köklərlə bir-birinə bağlıdır. Bu bizim həmrəyliyimizin bariz nümunəsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə deyib.
O bildirib ki, bu gün TDT nüfuzlu platformaya çevrilib: “İnanıram ki, Prezident İlham Əliyevin sədrliyində də təşkilatımız fəaliyyətini uğurla davam etdirəcək".