Güney Azərbaycanın milli futbol komandası “Traktor"un oyunçuları döyülüblər.
Bakıvaxtı.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə komandanın rəhbəri Kazım Mahmudi bildirib.
Onun sözlərinə görə, komandanın oyunçuları Kermanşah şəhərində naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Məlumata görə, 12 təbrizli futbolçuya soyuq silahla hücum edilib. Həmin şəxslər futbolçuları döydükdən sonra onların şəxsi əşyalarını, forma və ayaqqabılarını oğurlayaraq qaçıblar. Komandanın 4 futbolçusu dərhal xəstəxanaya aparılıb.
Günəş Mərd









jpeg-1711528594.webp)







