• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Türkiyənin uğurlarını öz uğurumuz kimi qəbul edirik" - Ceyhun Bayramov

SİYASƏT

08 Avqust 2022 | 20:37

"Türkiyənin uğurlarını öz uğurumuz kimi qəbul edirik" - Ceyhun Bayramov

Türk diplomatları bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq Azərbaycanlı məsləkdaşları ilə birlikdə bütün platformalarda çiyin-çiyinə çalışaraq haqlı sözümüzün dünyada eşidilməsi üşün ciddi mübarizələr apardılar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, dünyanın 5-ci ən geniş diplomatik şəbəkəsinə malik türk diplomatik nüməyəndəlikləri Türkiyənin gücünə güc qatır.

“Türkiyə bir çox sahədə olduğu kimi, diplomatiyada da yeniliklərin inkişafı və tətbiqi məsələsində qabaqcıl ölkələrdən birinə çevirilmişdir. Türkiyənin diplomatiyada mərkəzi ölkəyə çevirilməsini sevinc və fəxr hissi ilə qarşılayır, uğurlarını öz uğurumuz kimi qəbul edirik”, - deyə o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026