• Bakı 12° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Vilayəti: “Hizbullahın tərksilahı İsrail təhdidlərini daha da artırar”

DÜNYA

26 Noyabr 2025 | 13:16

Vilayəti: “Hizbullahın tərksilahı İsrail təhdidlərini daha da artırar”

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Hizbullahın Livanın müdafiəsində əvəzsiz rol oynadığını bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Tasnim agentliyinə açıqlamasında danışıb.

Vilayəti bildirib ki, İsrail dəfələrlə atəşkəsi pozub və Livana qarşı həyata keçirdiyi hücumlarla beynəlxalq hüquq normalarını tapdalayıb. O, Beyrutda Hizbullah komandiri Heysəm Əli əl-Tabatəbainin qətlə yetirilməsini Livanın ərazi suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Müşavirin sözlərinə görə, Hizbullahın tərksilah edilməsi İsrailin təhdidlərini daha da gücləndirər və bu, təşkilatın varlığını Livan üçün həyati əhəmiyyətli edir. Vilayəti həmçinin İranın Hizbullahı və ümumilikdə “müqavimət cəbhəsi”ni dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Noyabr 2025