• Bakı 23° C

    9.72 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

54 mindən çox ailə dövlətin yardımı ilə mənzil alıb - Zahid Oruc
İQTİSADİYYAT
03 Iyun 2025 | 12:29

54 mindən çox ailə dövlətin yardımı ilə mənzil alıb - Zahid Oruc

"Ötən 20 ildə 54 mindən çox ailə dövlətin yardımı ilə mənzilə sahib olub. Həmin siyasətin maliyyə tutumu 3.5 milyard manat təşkil edir. Təkcə ötən il kredit alanların 3000 min nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri Daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər – 1,800-dən bir qədər çox və 1754 müəllim tutur".

 Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Zahid Oruc “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Fond tərəfindən verilən kreditlərin coğrafiyası dərc olunsaydı görərdik ki, onların 90 faizi Bakı və Abşeron yarımadasının payına düşür. 

"Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var. Rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün, ipoteka siyasətini dəyişmək-paytaxtdan bölgələrə yönəltmək olar".

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025