• Bakı 20° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

ABŞ Afrika Komandanlığını ləğv edə bilər
DÜNYA
27 May 2025 | 23:22

ABŞ Afrika Komandanlığını ləğv edə bilər

ABŞ administrasiyası Afrika Komandanlığını (AFRİKOM) ləğv etməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

AFRİKOM komandiri, general Maykl Lenqli bu barədə Afrikanın bir neçə ölkəsinin hökumətini artıq xəbərdar etdiyini bildirib.

“Mən bir sıra müdafiə nazirləri və bir neçə prezidentlə danışmışam, onlara demişəm ki, biz qiymətləndirmə aparırıq”, - agentlik onun sözlərindən sitat gətirib.

General qeyd edib ki, Afrika ölkələrinin hökumətləri bu məsələ ilə bağlı fikirlərini Vaşinqtondakı səfirləri vasitəsilə çatdırmalıdırlar: “Mən dedim ki, yaxşı, əgər biz sizin üçün bu qədər önəmliyiksə, bizə bildirin, görək nə edə bilirik”.


SON XƏBƏRLƏR

28 May 2025