ABŞ və Çin gələn həftənin əvvəlində Stokholmda iki ölkə arasında mövcud ticarət sazişlərinin uzadılmasını müzakirə edəcəklər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Fox Business” telekanalına müsahibəsində ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Çinlə sazişin müddəti 12 avqustda başa çatır. Mən gələn həftənin əvvəlində Stokholmda çinli həmkarlarımla bərabər olacam və onun müddətinin uzadılması üzərində işləyəcəm", - o qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına tariflərini 125 %-ə qədər artırıb.