Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib.
Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 502 milyon 018,65 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyəri isə 10,3 % azdır.
Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,61 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bakı 











