Azərbaycan Basketbol Liqasının IV turunda "Sabah" "Gəncə" ilə qarşılaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən matç "bayquşlar"ın 87:68 hesablı qələbəsi ilə bitib.
"Sabah" A qrupunda 8 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 4 xalla üçüncüdür.
Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.