Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.
Görüşdə bərpaolunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.
Bakı 












