• Bakı 23° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir
SİYASƏT
17 Iyul 2025 | 09:09

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir

Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.

İclasda iki ölkə arasında ticarət-iqtisadi, energetika, investisiya, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılacaq.


SON XƏBƏRLƏR