• Bakı 25° C

    7.67 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır
CƏMİYYƏT
28 Iyul 2026 | 22:42

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Azərbaycanda ağır xəstəliklərin müalicəsində istifadə olunan hüceyrə terapiyası mərkəzi yaradılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, layihə çinli mütəxəssislərlə birgə həyata keçirilir və hazırda mərkəzin qurulması istiqamətində işlər aparılır.

“İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Xaricdə təhsil alıb ölkəyə qayıdan və hüceyrə terapiyası sahəsində elmi dərəcəyə malik həkimlərimiz var. Lazımi infrastruktur qurulduqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəliklərdən əziyyət çəkən insanlar üçün yeni ümid yaranacaq. Düşünürəm ki, bu sahədə regional ilkə də imza atacağıq”, – deyə nazir qeyd edib.

Teymur Musayev əlavə edib ki, hüceyrə terapiyası mərkəzinin açılışı ən tez bir il yarımdan sonra mümkün olacaq.

Onun sözlərinə görə, layihə mərhələli şəkildə həyata keçiriləcək və burada yalnız texniki infrastrukturun yaradılması deyil, həm də mütəxəssislərin vahid beynəlxalq standartlar əsasında hazırlanması əsas prioritet olacaq.

“İstənilən yeni müalicə üsulu peşəkar və etibarlı mütəxəssislər tərəfindən tətbiq edilməlidir ki, insanlar həm bu üsula güvənsin, həm də müsbət nəticələr əldə olunsun”, – deyə səhiyyə naziri vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026