• Bakı 11° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib
CƏMİYYƏT
10 Dekabr 2025 | 13:28

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

Bakıda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışçılar günün əhəmiyyətindən və insan hüquqlarının qorunmasının vacibliyindən danışıblar.

K.Mabuçi vurğulayıb ki, qadın və qızlara qarşı zorakılıq insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri olaraq qalmaqdadır: "Bu dövrdə bizi birləşdirən universal dəyərlərə daha güclü şəkildə sadiq qalmalıyıq. Ümumi bəşəriyyətimizi qorumaq hər birimizin məsuliyyətidir. Buna görə də bu ilin əsas çağırışı insan hüquqları, həyatımızın fundamental dəyərləri və cəmiyyətin rifahı kimi vacib mövzulara diqqəti artırmaq olmalıdır".

A.Səfixanlı bildirib ki, Azərbaycanda hüquqlar yalnız bəyan edilməklə kifayətlənməmiş, onların müdafiəsi istiqamətində addımlar atılmış və çoxsəviyyəli hüquq müdafiə mexanizmləri yaradılmışdır: "Artıq iyirmi üç ildir Azərbaycanda hər kəsin hüquqlarını qorumağa yönəlmiş Ombudsman təsisatı fəaliyyət göstərir".

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.

Tədbirdə, həmçinin Ombudsman tərəfindən "Konstitusiya və Suverenlik medianın gözü ilə" və "Konstitusiya və Suverenlik uşaqların gözü ilə" mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.


SON XƏBƏRLƏR

09 Dekabr 2025