• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

BMT Təhlükəsizlik Şurası Suriyadakı münaqişəni müzakirə edəcək 
DÜNYA
17 Iyul 2025 | 12:25

BMT Təhlükəsizlik Şurası Suriyadakı münaqişəni müzakirə edəcək 

Bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriyada baş verən son hadisələri müzakirə etmək üçün toplanacaq.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio döyüş əməliyyatlarının tezliklə dayandırılmasının gözlənildiyini açıqlayıb.

O, açıqlamasında "Biz Suriyadakı toqquşmalara cəlb olunmuş bütün tərəflərlə əlaqədəyik. Bu axşam bu dəhşətli və narahatedici vəziyyətin sona çatması üçün konkret addımlar barədə razılığa gəldik" sözlərini söyləyib.

Qeyd edək ki, İsrail Dəməşqə hava zərbələri endirib. Zərbələr nəticəsində Suriyanın Müdafiə Nazirliyinin bir hissəsi və prezident sarayının yaxınlığındakı ərazilər dağıdılıb. İsrail həmçinin bildirib ki, əgər hökumət qüvvələri Suriya cənubunda yerləşən Druzi azlıqlarına hücumlarını dayandırmasalar və Süveyda vilayətini tərk etməsələr, onları məhv edəcək. Suriya Xarici İşlər Nazirliyi isə İsraili "xain aqressiyada" ittiham edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR