• Bakı 27° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Cüdoçularımız Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazandılar
İDMAN
22 Iyul 2025 | 20:34

Cüdoçularımız Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazandılar

Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iki qızıl medal qazanıblar.

Milli Olimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) finalda ispaniyalı Alexandro Çiarroniyə qalib gələrək fəxri kürsününü ən yüksək pilləsinə qalxıb.

Qızların yarışında isə Gülşən Hüseynova (44 kq) həlledici mərhələdə israilli Yuval Qabayını üstələyərək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, bu gün daha bir cüdoçumuz Rəsul Əlizadə (55 kq) də final görüşünə çıxacaq.


SON XƏBƏRLƏR

22 Iyul 2025