• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

FIFA Türkiyə klubuna 3 illik transfer qadağası qoyub
İDMAN
22 Iyul 2025 | 17:37

FIFA Türkiyə klubuna 3 illik transfer qadağası qoyub

FIFA Türkiyənin "Hatayspor" klubuna 3 illik transfer qadağası qoyub.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, buna maliyyə məsələlərində və transferlərdə uyğunsuzluq səbəb göstərilib.

Hatay təmsilçisi FIFA-nın maliyyə mübahisələri və qanunvericilik pozuntuları səbəbindən yeni oyunçu transferi müvəqqəti olaraq qadağan edilən klublar arasında yer alıb.

"Hatayspor" daha əvvəl Azərbaycan millisinin futbolçusu Renat Dadaşova borcunu ödəmədiyinə görə iki mövsüm transfer qadağası ilə üzləşmişdi.

Qeyd edək ki, Türkiyə təmsilçisi bu mövsüm Superliqanı tər edərək aşağı dəstəyə düşüb.


SON XƏBƏRLƏR

22 Iyul 2025