• Bakı 11° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Şagirdlərin zəhərləndiyi dönərxana bağlandı - YENİLƏNİB
CƏMİYYƏT
10 Dekabr 2025 | 13:37

Şagirdlərin zəhərləndiyi dönərxana bağlandı - YENİLƏNİB

Gəncədə baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur” dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

***

10:11

Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

    "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.

    ***

    09:57

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.

    Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

    Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb.

    ***

    09:07

    Gəncədə dönərdən zəhərlənən məktəblilərin kimliyi məlum olub.

    Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

      Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Xatırladaq ki, zəhərlənən məktəblilər Gəncə şəhər M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onlar dərsdən sonra zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

      Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


      SON XƏBƏRLƏR

      09 Dekabr 2025