Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.
Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.
Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.