• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq 
CƏMİYYƏT
02 Iyun 2025 | 09:08

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq 

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, dənizdə isə arabir 30 m/s- dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.


SON XƏBƏRLƏR

03 Iyun 2025