• Bakı 26° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Gürcüstan NATO təlimində iştirak edib
SİYASƏT
28 Iyul 2026 | 19:06

Gürcüstan NATO təlimində iştirak edib

Gürcüstan ABŞ-nin rəhbərliyi ilə keçirilən çoxmillətli "Sea Breeze 2026" dəniz təlimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.

Səfirliyin açıqlamasında bildirilib ki, Gürcüstanın NATO müttəfiqləri və tərəfdaşlarını bir araya gətirən təlimdə iştirak etməsi məmnunluq doğurur: "Təlimin əsas məqsədi iştirakçı ölkələrin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və Qara dəniz regionunda dəniz təhlükəsizliyini gücləndirməkdir".

Qeyd olunub ki, bu il keçirilən "Sea Breeze 2026" təlimi əsasən mina əleyhinə əməliyyatlara həsr olunub.

Təlim çərçivəsində iştirakçılar minaların aşkarlanması və zərərsizləşdirilməsi, sualtı əməliyyatlar və xilasetmə tədbirləri, partlayıcı sursatların zərərsizləşdirilməsi, eləcə də pilotsuz sistemlərdən istifadə üzrə praktiki hazırlıq keçiblər.

Məlumata görə, təlimlərdə Gürcüstan Sahil Mühafizəsi və Gürcüstan Müdafiə Qüvvələrinin 12 hərbi qulluqçusu iştirak edib.

ABŞ səfirliyi vurğulayıb ki, bu cür birgə hərbi təlimlər müttəfiqlər və tərəfdaşlar arasında əməkdaşlığı gücləndirir, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və Qara dəniz hövzəsində sabitliyin təmin olunmasına töhfə verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR