• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Hələ də anası ilə küsülüdür
ŞOU
22 Iyul 2025 | 17:09

Hələ də anası ilə küsülüdür

Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışmır. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda sənətçi "Həmin Zaur" proqramında danışıb. O, aparıcı Zaur Kamalın "Ananla hələ də danışmırsan"sualına belə cavab verib:

"Anayla danışmamaq deyil. Hərənin öz ailəsi var. Əsas bilirəm ki, salamatçılıqdır. Kinli deyiləm. Kaş ki, olardım. Hər dəfə mən getməyəcəyəm ki, irəli. Bir az da mənə sarı gəlsinlər. Anam tək qalmaz, dadaşovlar ailəsi böyükdür".

Qeyd edək ki, Səidənin anası Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. Sədaqət mərhum Xalq artisti Rafael Dadaşovla ailəli olub. Onların bu nikahdan 3 övladı olub. 


SON XƏBƏRLƏR

22 Iyul 2025