Böyük Britaniya Tibb Assosiasiyası İngiltərədə fəaliyyət göstərən rezident həkimlərin noyabrın 14-19-da tətil edəcəklərini açıqlayıb.
Bakıvaxtı.az “The Independent”ə istinadla xəbər verir ki, həkimlər əməkhaqqı və iş yerləri ilə bağlı beş gün etiraz aksiyası keçirəcəklər.
Assosiasiya bəzi həkimlərin iş tapa bilmədiyini, xəstəxanalarda növbələrin boş qaldığını və xəstələrin gözləmə siyahılarında uzun müddət qalmağa məcbur olduqlarını qeyd edib.
Rezident həkimlər milli səhiyyə xidmətində çalışan həkimlərin təxminən yarısını təşkil edir.
Assosiasiyadan bildirilib ki, onların maaşının artırılması təcrübəli kadrların ölkəni tərk etməsinin qarşısını ala bilər.