• Bakı 28° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

İrəvandakı atışmaya görə polkovnikin oğlu SAXLANILDI
DÜNYA
28 Iyul 2025 | 21:20

İrəvandakı atışmaya görə polkovnikin oğlu SAXLANILDI

İrəvanda baş verən atışmadan sonra keçmiş polis polkovnikinin oğlu saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün Qriboyedov küçəsində baş verib. İnsident qonşular arasında məişət mübahisəsi ilə başlayıb, bu zaman 28 yaşlı Aşot Şahnazaryan tapançadan atəş açıb. Heç kim xəsarət almayıb.

Daha sonra atəş açan şəxsin qardaşı patronu zibil qutusuna atsa da, müstəntiqlər onu tapıblar. Tapançanın özü də tapılıb. Şahnazaryan Ərəbkir İstintaq İdarəsinə aparılıb.

Saxlanılan şəxsin atası Ermənistan Yol Polisində yüksək vəzifələrdə çalışmış keçmiş polis polkovnikidir. Onun babası da Aşot Şahnazaryan vaxtilə İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasına rəhbərlik edib.


SON XƏBƏRLƏR

28 Iyul 2025