• Bakı 24° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

İsrail səfirliyi önündə “molotov”lu şəxs həbs edildi
DÜNYA
06 Sentyabr 2025 | 17:34

İsrail səfirliyi önündə “molotov”lu şəxs həbs edildi

Belçika Təhlükəsizlik Qüvvələri Brüsseldəki İsrail səfirliyi qarşısında şübhəli şəxsi həbs edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi rəsmi X səhifəsində məlumat yayıb.

“Belçika təhlükəsizlik qüvvələri İsrailin Brüsseldəki səfirliyi qarşısında bir şübhəli şəxsi həbs edib. Onun üzərindən “Molotov kokteyli” aşkar edilib. İsrail səfirliyinin bütün əməkdaşları yaxşıdır”, - nazirlik bildirib.

Belçika polisi hələlik həbsi təsdiqləməyib və şübhəlinin niyyəti barədə təfərrüatları açıqlamayıb.


SON XƏBƏRLƏR