• Bakı 28° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Kerem Aktürkoğlu transfer təklifinə hə dedi
İDMAN
28 Iyul 2025 | 21:01

Kerem Aktürkoğlu transfer təklifinə hə dedi

Hazırda Portuqaliyanın "Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlu "Beşiktaş"ın təklifini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu təklifi qəbul etsə də "Benfika" Türkiyə klubundan 24 milyon avro tələb edir.

"Beşiktaş" rəsmiləri isə maliyyə problemləri səbəbindən futbolçunun keçidi üçün sponsor axtarışlarına start veriblər.

"Ağ-qaralar" sponsor tapacaqları təqdirdə Kerem Aktürkoğlunun keçidini tamamlamaq istəyirlər.

Qeyd edək ki, Kerem Aktürkoğlu "Benfika" forması ilə çıxdığı 53 oyunda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

28 Iyul 2025