Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin 2001-ci ildə korpus komandiri olduğu dövrə aid fotosu üzə çıxıb.
Bakıvaxtı.az-ın əldə etdiyi arxiv fotosunda Kərim Vəliyevin həmin dövrdə Azərbaycan Ordusunun korpuslarından birinə rəhbərlik etdiyi vaxt əks olunub.
Qeyd edək ki, Kərim Vəliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, hərbi təhsil alaraq müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissə və birləşmələrində komandanlıq vəzifələrində xidmət edib.
Vəliyev Azərbaycan Ordusunda müxtəlif yüksək vəzifələrdə, o cümlədən korpus komandiri, Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışıb. O, 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi əməliyyatlarının idarə olunmasında iştirak edən yüksək rütbəli hərbçilərdən biri olub.
Xatırladaq ki, Kərim Vəliyev müxtəlif illərdə general-mayor, general-leytenant və general-polkovnik hərbi rütbələrinə yüksəlib. O, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini tutur.
Elcan Musalı













