Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin mərkəzi küçələrinin birində baş verib. Astara rayonunun Təngərüd kənd sakini Mehriban Qubalı qızı Bəxtiyarova Lənkəran şəhərinin dəmiryolu vağzalı yaxınlığında marketlərin birinin qarşısında bıçaqlanıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq dərhal əməliyyat blokuna alınıb.
Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi və təfərrüatlar araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir./Unikal