• Bakı 23° C

    9.28 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

“Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb
MƏDƏNİYYƏT
27 Avqust 2025 | 20:23

“Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb

Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq "Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə "BİMD" QSC ilə müqavilə bağlanılıb.

Müqaviləyə əsasən şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.


SON XƏBƏRLƏR

27 Avqust 2025