Mingəçevirdə zəncirvari qəza olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
"Chevrolet", "BMW" və "VAZ- 2107" markalı avtomobillər toqquşub.Hadisə nəticəsində "VAZ-2107"in sürücüsü Vəli Məmmədov xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 











