• Bakı 15° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Miqrantlara qarşı pis rəftar ağır cinayətdir - Roma Papası
DÜNYA
23 Oktyabr 2025 | 22:00

Miqrantlara qarşı pis rəftar ağır cinayətdir - Roma Papası

Vatikan şəhərində keçirilən “Dünya Hərəkatları” görüşündə çıxış edən Roma Papası XIV Leo miqrantlara qarşı edilən pis rəftarı “ağır cinayət” adlandırıb.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O bildirib ki, sığınacaq axtaran insanlara yardım etmək hökumətlərin mənəvi borcudur və bu məsələ yalnız siyasi deyil, həm də vicdan məsələsidir.

“Zəif vəziyyətdə olan miqrantlara edilən pis rəftar, milli suverenliyin müdafiəsi deyil, bu, dövlət səviyyəsində törədilən və ya səssiz şəkildə dəstəklənən cinayətdir,” – deyə Papa vurğulayıb.

Onun sözlərinə görə, bəzi ölkələr miqrantlara qarşı sərt və qeyri-insani tədbirləri “siyasi uğur” kimi təqdim edirlər.

Papa Leo, həmçinin dünyada artan bərabərsizlik, dərman şirkətlərinin ədalətsiz gəlirləri, uşaq əməyinin istismarı və əhalinin zorla köçürülməsi kimi problemlərə də diqqət çəkib.

Katolik kilsəsinin rəhbəri vurğulayıb ki, miqrantlara münasibətdə insanlıq və mərhəmət prinsiplərinin qorunması yalnız kilsənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025