• Bakı 23° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq
DÜNYA
02 Sentyabr 2025 | 00:17

Ölkədə bir dənə də olsun gözəllik salonu qalmayacaq

Əfqanıstan hakimiyyəti ölkə daxilində gizli fəaliyyət göstərən yeraltı gözəllik salonlarını hədəf alan sərəncam verib və biznes sahiblərinə bir ay müddətində bağlanmaları barədə xəbərdarlıq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Sərəncama uyğun addım atmayanların həbs ediləcəyi bildirilir.

Qeyd edək ki, Əfqanıstanda gözəllik salonları 2023-cü ilin avqustunda Taliban tərəfindən bağlanıb və nəticədə 12.000 müəssisə fəaliyyətini dayandırıb. Bununla belə, ölkənin müxtəlif yerlərində yeraltı salonlar fəaliyyətini davam etdirir.

İndi Taliban bildirib ki, onlar yeraltı biznesin kökünü kəsmək və dağıtmaq niyyətindədirlər, yeraltı gözəllik salonlarını müəyyənləşdirmək və onları idarə edənləri “əxlaqsızlıq və fəzilət” polisinə məlumat vermək üçün ölkə üzrə icma liderlərinə və ağsaqqallara əmrlər verirlər./Qafqazinfo


SON XƏBƏRLƏR

01 Sentyabr 2025