• Bakı 16° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Paşinyan Azərbaycanla bağlı Komissiyanın yeni tərkibini təsdiqlədi - Mirzoyanın arvadı da var
DÜNYA
31 Oktyabr 2025 | 19:33

Paşinyan Azərbaycanla bağlı Komissiyanın yeni tərkibini təsdiqlədi - Mirzoyanın arvadı da var

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibi təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Qərara əsasən, komissiyanın tərkibinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qohar Abajyan da daxildir.

Abajyan bu yaxınlarda İnvestisiya Dəstək Mərkəzi Fondunun direktoru təyin edilib.

Eyni qərarla, ötən il vəzifəsindən ayrılan Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da komissiyaya təyin edilib. O, hazırda Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi vəzifəsində çalışır.

Komissiyaya Baş nazirin müavini Mher Qriqoryan sədrlik edir.


SON XƏBƏRLƏR

31 Oktyabr 2025