• Bakı C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Putin cizgi filminin qəhrəmanı oldu
DÜNYA
17 Dekabr 2025 | 20:10

Putin cizgi filminin qəhrəmanı oldu

Rusiya Prezidenti Vladimir Putin “Prostokvaşino” cizgi filmində obraz kimi yer alacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBC portalı məlumat yayıb.

Portalda dərc edilən kadrlarda Vladimir Putin “Prostokvaşino”nun əsas personajları – “Dayı Fyodor”, “Matroskin”, “Şarik”, “Poçtalyon Peçkin” və digər qəhrəmanlarla birlikdə təsvir olunub.

Məlumata görə, Putinin cizgi serialında obraz kimi yer alacağı barədə açıqlama daha əvvəl Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Soyuzmultfilm” studiyasının Direktorlar Şurasının sədri Yuliana Slaşçeva tərəfindən verilmişdi.

Qeyd edək ki, “Prostokvaşino” cizgi serialı 2018-ci ildən yayımlanır.


SON XƏBƏRLƏR