• Bakı 23° C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Rusiya, Çin və Pakistan BMT-də İran-İsrail münaqişəsi ilə bağlı sənəd hazırlayır
DÜNYA
23 Iyun 2025 | 12:06

Rusiya, Çin və Pakistan BMT-də İran-İsrail münaqişəsi ilə bağlı sənəd hazırlayır

BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü də daxil olmaqla üç ölkə İsrailin İrana hücumunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək atəşkəsə çağırıb.

Bakıvaxtı.az bu barədə BMT-yə istinadən xəbər verir.

Hazırlanan sənəddə BMT Nizamnaməsinin müddəaları bir daha təsdiqlənir. Bildirilir ki, silahlı münaqişədə iştirak edən bütün tərəflər beynəlxalq humanitar hüquqa və insan hüquqları qanunvericiliyinə uyğun davranmalı, tətbiq olunduğu hallarda beynəlxalq hüquq üzrə öhdəliklərinə tam əməl etməlidirlər.

Əli Hüseynov


SON XƏBƏRLƏR